Terrorda iştirak edənlər vətəndaşlığını itirəcək


19:03     04 Dekabr 2015 54915D66-AC87-4D11-8B15-13FE6B02E0FB_cx0_cy6_cw0_mw1024_s_n_r1.jpg

Azərbaycanda terrorda iştirak etmək, konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi vətəndaşlığın itirilməsi ilə nəticələnəcək.


Femida.az-ın məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna əlavələr edilib.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan əlavələr layihəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı 18-ci maddəyə yeni əlavələr (3-1, 3-2) edilib.

Əlavəyə görə, vətəndaş dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik zəminində dini məzhəbləri yayarsa, dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digər şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa, vətəndaşlıqdan məhrum ediləcək.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq qəbul edilib.

Açar sözlər:

Oxunub: 1102