Terrorda ölənlər arasında azərbaycanlı yoxdur - Rəsmi


15:08     29 İyun 2016 1441560940_xin0.jpg

İlkin məlumatlara əsasən İstanbulun Atatürk hava limanında törədilmiş terror aktında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.


Bu barədə Femida.az Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında iyunun 28-də 3 terrorçu-intiharçı özünü partladıb.

Ən son məlumatlara görə terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1413