Terrorda yaralanan azərbaycanlılarla bağlı - Yeni xəbər


23:00     01 Yanvar 2017 untitled.jpg

Reina terror aktında yaralanan azərbaycanlıların hər ikisinin vəziyyətinin yaxşı olduğu deyilir.


Femida.az-ın Turkaznews.com-a istinadən məlumatına görə yaralanan Günel adlı qadın ambulator yardım göstərilib və evə buraxılıb.

Digər yaralı Rəşad adlı şəxsin vəziyyətinin də yaxşı olduğu, lakin müailəcəsinin davam etdiyi bildirilib.

Azərbaycan İstanbuldakı konsulluğu İcra Hakimiyyətindən mütəmadi məlumat alır. Konsulluq əməkdaşları yaralanan azərbaycanlılarla artıq görüşüblər.

Ölənlər arasında Azərbaycan vətəndaşının olub-olmadığı dəqiqləşdirilməyib. Verilən məlumata görə ölənlərin əksəriyyətinin üstündə şəxsiyyəti təsdiq edən sənəd tapılmayıb.

Qeyd ədək ki, hadisə ilə bağlı İstanbul baş konsulluğunda qaynar xətt yaradılıb.

Açar sözlər:

Oxunub: 1856