Terrorda ölən Dilbarənin meyiti Bakıya gətirildi


20:59     05 Aprel 2017 part91.jpg

Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində həlak olan azərbaycanlının meyiti Bakıya gətirilib.


Femida.az-ın əldə etdiyi məlumata görə, Dilbər Əliyevanın nəşini gətirən təyyarə Bakıya enib.

Yaxın saatlarda mərhumun meyiti yaxınlarına təhvil veriləcək.

Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayışda 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Yaralananlar arasında Azərbaycan əsilli Rusiya vətəndaşı Zaur Vəliyev də var.

Femida.az

Açar sözlər:

Oxunub: 1380