Ermənistanın polis rəisi də istefa verdi


17:13     08 İyun 2020 20_06_08_1591622025.jpg


Ermənistanda ölkə polisinin rəisi Arman Sarkisyan da istefa verib.

Femida.az erməni KİV-lərinə istinadən məlumat verir ki, baş nazir Nikol Paşinyan onun istefasını qəbul edib.

Xatırladaq ki, bu gün, həmçinin ölkənin Baş Qərargah rəisi Artak Davtyan və Milli təhlükəsizlik xidmətinin direktoru Eduard Martirosyan da istefa vermişdi.

N.Paşinyan artıq bu vəzifələrə yeni rəisləri təyin edib. Məlumata əsasən, Onik Qasparyan Baş Qərargah rəisi, Argişti Kəramyan Milli təhlükəsizlik xidmətinin direktoru, Vahe Kazaryan polis rəisi təyin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 995