İtaliyada son sutkada koronavirusdan 65 nəfər ölüb


21:50     08 İyun 2020 20_06_08_1591636461.jpg

İtaliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 280 nəfər artaraq, ümumilikdə 235278 nəfərə çatıb.

Femida.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

“Anadolu” xəbər agentliyinin məlumatına görə, son sutkada ölüm sayı 65 nəfər, ümumilikdə ölkə üzrə 33964-ə çatıb.

Açar sözlər:

Oxunub: 1004