Astarada qardaş qardaşı güllələdi


14:14     15 İyun 2020 gulleleyib.jpg

İyunun 14-də Astara rayonunun Ərçivan qəsəbəsində qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsinə xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, C.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən H.Əliyev saxlanılmış, ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 711