Sərxoş olan Sumqayıt sakinindən tüfəng götürüldü


13:41     07 İyul 2020 tufeng.jpg

İyulun 5-də Sumqayıt şəhəri 9-cu mikrorayonun ərazisində şəhər sakini V.Abbasov sərxoş halda ov tüfəngi ilə Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, V.Abbasov 3-cü Polis Bölməsinə təhvil verilib. .

Ondan 1 ədəd müvafiq sənədləri olan ov tüfəngi, 5 ədəd patron, 1 ədəd bıçaq götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 683