Astara sakinini avtomobil vuraraq öldürüb


11:29     18 İyul 2020 20_07_18_1595057432.jpg

Astara rayonunda yolu keçmək istəyən piyadanı avtomobil vurub.

Femida.az -ın verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun rayonun Maşxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran sakini, 1982-ci il təvəllüdlü Ervin Allahverdi oğlu İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomobil həmin ərazidə qaynaq işi ilə məşğul olan Astara rayonunun Şiyəkəran kənd sakini, 1963-cü il təvəllüdlü Yusif Yusif oğlu Babayevi vurub.

Hadisə şahidlərinin sözlərinə görə, Yusif Babayev yolu keçmək istəyərkən hadisə baş verib və elə oradaca ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 495