Ermənistanın silahlı bölmələri atəşkəsi 46 dəfə pozub
11:25 03 Sentyabr 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 46 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində, Vayk rayonunun Xndzorud kəndində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 863
Oxşar xəbərlər
- Ermənistanın baş naziri və XİN rəhbəri Rusiyaya səfər edəcək
- Ermənistanın növbəti hoqqası - Xankəndinin qazını kim kəsib?
- Ermənistanın cəhdi puça çıxdı, Azərbaycan Zəngəzur dəhlizini genişləndirir
- Ermənistanın yeni prezidenti seçilib
- Ermənistanın Baş Qərargah rəisi vəzifəsindən azad edilib
- Ermənistanın dövlət borcu artıb
- Ermənistanın KTMT fiaskosu – təşkilat üzvləri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir
- Ermənistanın cinayətləri Los Ancelesdə pislənilib
- Ermənistanın Baş qərargah rəisi həbs ediləcək - KİV
- Ermənistanın təxribatları ilə bağlı cinayət işi açılıb