Ermənistanın diaspora komissarı Qarabağa muzdluların gətirildiyini təsdiqlədi
13:57 02 Noyabr 2020
Erməni komissar muzdluların gəldiyi ölkələrin adlarını açıqlayıb.
“Dağlıq Qarabağdakı müharibədə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən könüllülər gəlir”.
Bu barədə Ermənistanın Diaspora İşləri üzrə Komissarı Zare Sinanyan "Sputnik"in Ermənistan müxbirinə məlumat verib. Sinanyanın dililə desək, “könüllülər” daha çox Rusiyadan gəlirlər. ABŞ, Fransa, Ukrayna və Orta Şərqdən gələnlər də var.
Sinanyanın sözlərindən aydın olur ki, “könüllülər” Qarabağa döyüşməyə təkcə öz istəklərilə deyil, həm də Ermənistan hökumətinin təşkilatçılığı və maliyyəsi ilə gəlirlər. Dolayısıyla, Sinanyan ölkəsinin Qarabağa pul qarşılığında muzdlular gətirildiyini təsdiqləyir: “Onlar gəlməzdən qabaq siyahılar hazırlayır, problemlərini və hökumətdən istəklərini yazılı şəkildə təqdim edirlər. Əsasən öz istəklərilə, şəxsi hesablarına gələnlərdir...”
Xaricdəki ermənilər Qarabağa döyüşməyə gəlirQarabağa yardım məsələsinə gəlincə, Sinanyan qeyd edib ki, maliyyənin çox hissəsi Rusiya, ABŞ, Fransa, Ukrayna və Orta Şərqdəki erməni diasporaları tərəfindən göndərilir. Vəsaitin köçürüləcəyi fondların adlarını açıqlayan komissar qeyd edib ki, “yardımın mümkün qədər səmərəli şəkildə istiqamətlənməsi və paylanması” üçün işləri şəxsən koordinasiya edir.
Onun bu açıqlaması erməni sosial şəbəkələrində birmənalı qarşılanmayıb. Belə ki, diaspora rəhbəri yardımları mənimsəməkdə ittiham olunur.
Bir müddət əvvəl Ermənistanın ictimai-siyasi xadimi Mihran Hakobyan Zare Sinanyanı xalqı talamaqda və Qarabağa ermənilərdən başqa millətin nümayəndələri cəlb etməkdə günahlandırmışdı. Bildirmişdi ki, “Sinanyan Ermənistanın demoqrafik problemini həll etmək üçün ölkəni başqa xalqların vətəninə çevirir”.
Əslində Ermənistan hökuməti xarici vətəndaşları Ermənistan ərazisində deyil, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda məskunlaşdırır. Hətta müharibənin davam etdiyi indiki şəraitdə belə, xaricdən köçürülən mülki insanların ölə biləcəyini gözə alırlar. Onu da qeyd edək ki, həmin mülki şəxslərin əksəriyyəti Livan, Suriya və Argentinadan gələn muzdlu döyüşçülərin ailələridir.
Femida.az
Oxunub: 561
Oxşar xəbərlər
- Ermənistanın baş naziri və XİN rəhbəri Rusiyaya səfər edəcək
- Ermənistanın növbəti hoqqası - Xankəndinin qazını kim kəsib?
- Ermənistanın cəhdi puça çıxdı, Azərbaycan Zəngəzur dəhlizini genişləndirir
- Ermənistanın yeni prezidenti seçilib
- Ermənistanın Baş Qərargah rəisi vəzifəsindən azad edilib
- Ermənistanın dövlət borcu artıb
- Ermənistanın KTMT fiaskosu – təşkilat üzvləri Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir
- Ermənistanın cinayətləri Los Ancelesdə pislənilib
- Ermənistanın Baş qərargah rəisi həbs ediləcək - KİV
- Ermənistanın təxribatları ilə bağlı cinayət işi açılıb