Ermənistanın müdafiə naziri Rusiyaya getdi


18:29     12 Dekabr 2020 2020/12/8F7EE429-042C-4235-B6D2-E3D629A07AE9_1607783459.jpeg

Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan Rusiyaya işgüzar səfərə gedib.

Femida.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyi məlumat yayıb.

Bildirilib ki, 12 dekabrda müdafiə naziri Vaqarşak Arutunyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yanaşı digər yüksək vəzifəli şəxslərlə də görüşlər planlaşdırılır.

Qeyd edək ki, bu, Vaqarşak Arutunyanın müdafiə naziri olaraq Rusiyaya ilk səfəridir.

Femida.az

Açar sözlər:

Oxunub: 639