43 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verildi
15:52 28 Dekabr 2020
Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı nəticəsində bu qruplarla bağlı bütün sosial proqramlar, həmçinin şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramı 2020-ci ildə daha da genişləndirilib. Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkənin bir sıra rayonlarında daha 43 fərdi evin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilməsi tədbirlərində vurğulanıb.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, Biləsuvar rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirak ediblər.
Tədbirdə şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramının bu il 1500 ailəni əhatə etməsinin nəzərdə tutulduğu, artıq 1400-ə yaxın mənzil və fərdi evin bu kateqoriyadan olan vətəndaşlara verildiyi bildirilib. Ümumilikdə indyədək 9 minədək şəhid ailəsinin, müharibə əlilinin evlə təmin edildiyi diqqətə çatdırılıb.
Bu kateqoriyalardan olan vətəndaşlara yönələn sosial ödənişlərin də mütəmadi artırıldığı, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək işlərinin aparıldığı da qeyd edilib. Minlərlə insanın artıq sosial dəstəklə təmin edildikləri, bu sahədə də işlərin davam etdiyi bildirilib.
Femida.az
Oxunub: 383
Oxşar xəbərlər
- 43 cinayətin üstü “isti izlər”lə açılıb
- 43 min hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
- 43 nəfər yanaraq ölüb - 9 ayın STATİSTİKASI
- 43 yaşlı kişi borc üstündə 4 bıçaqlandı
- 43 yaşlı kişi itkin düşdü
- 43 baş heyvanı oğurlayıb Gədəbəy rayonunda satdı
- 43 yaşlı kişi dağdan yıxıldı - Qəbələdə faciəli ölüm
- 43 yaşlı kişi şabalıd ağacından yıxılaraq iflic olub
- 43 yanğınsöndürən maşın, 160 nəfər şəxsi heyət... - Hadisə yerində