Ermənistanın XİN başçısına yeni müavin təyin edilib


18:12     28 Dekabr 2020 20_12_28_1609164017.jpg

Qaqik Qalaçyan Ermənistan xarici işlər nazirinin müavini təyin olunub.

Femida.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

Bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan qərar imzalayıb.

Qeyd edək ki, Q.Qalaçyan 1969-cu il martın 4-də Ukraynanın Lvov şəhərində anadan olub. Leninqrad Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Ermənistanın Yunanıstan, yunan Kipri, Serbiya, Albaniyadakı səfiri işləyib. Ölkəsinin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələr tutub.

Onun sonuncu iş yeri Ermənistanın Qırğız Respublikasındakı səfiri vəzifəsi olub.

Açar sözlər:

Oxunub: 391