İranlı narkotacir Azərbaycanda saxlanıldı
12:13 04 Yanvar 2021
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan ölkəmizə qaçaq yolla narkotik vasitə, psixatrop maddə və narkotik tərkibli həblər keçirən əcnəbi vətəndaş saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən İran vətəndaşı Sadeq Şəfii rayon ərazisində saxlanılıb və şəxsi axtarış zamanı ondan 10 qrama yaxın psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə onun ölkə ərazisinə qanunsuz yolla gətirdiyi və Çaylı kəndi ərazisində yolun kənarında gizlətdiyi narkotik vasitələr də müəyyən edilib. Həmin şəxsin gizlətdiyi kolların arasında gizlətdiyi çantadan ayrı-ayrı bağlamalarda ümumilikdə 22 kq-dan artıq heroin, 2 kq 630 qram metamfetamin, 3 100 ədəd metadon və tramadol həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
Femida.az
Oxunub: 380
Oxşar xəbərlər
- İranlı nazir Azərbaycandan kömək istədi
- İranlı jurnalistin adı Azərbaycan XİN-in "qara siyahısı”ndan çıxarıldı
- İranlı general koronavirusdan ÖLDÜ
- İranlı nazir İlham Əliyevin qəbulunda
- İranlı nazir Bakıya gələcək
- İranlı vəkildən böyük jest: "Yaşasın Azərbaycan" dedi
- İranlı nazir ABŞ-a dəvət olunub
- İranlı deputatlar Milli Məclisdə olublar
- İranlı admiraldan ABŞ-a - XƏBƏRDARLIQ
- İranlı qadın narkotik satarkən yaxalandı - Bakıda