Nazirlər Kabineti ekoloji zərərlə bağlı qaydaları təsdiqlədi


20:09     05 İyul 2021 6iicfvlan0dl7rthi5ajff2ml5768dd4c152ae401122e63cb29ddbb840nazirler%20kabinetimmm.JPG

Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi, ekoloji zərərin qiymətləndirilməsi və hesablanması qaydaları təsdiq edilib

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Sənədə əsasən, “Yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.1.4.1-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb. Bu, yol-nəqliyyat hadisələri nəticəsində dəyən sosial-iqtisadi və ekoloji zərərin qiymətləndirilməsi və hesablanması qaydalarını müəyyən edir.

Femida.az

Açar sözlər:

Oxunub: 308