Süd zavodundan seyf oğurlandı


02:25     05 Yanvar 2016 Robbery_131110_7.jpg


Salyan rayonunda oğurluq hadisəsi baş verib.
Femida.az "Report"-a istinadən xəbər verir ki, hadisə ötən gecə Salyan şəhəri, İsa Quliyev küçəsində yerləşən "Salyan Süd" zavodunda qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər zavoda daxil olaraq müəssisəyə məxsus seyfi oğurlayıblar. İlkin məlumata görə, oğurlanan seyfin içərisində 7 min manatdan çox pul olub.
Hazırda faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 948