Dərmanların satışına qadağa qoyulmayıb - RƏSMİ


16:15     05 Yanvar 2016 e56518091d97cfdc2032c160f2dce6036.jpg

Səhiyyə Nazirliyi Azərbaycanda dövriyyəsi qadağan olunan dərman siyahısı ilə bağlı mətbuatda yer alan yazılara münasibət bildirib.


Femida.az - daxil olan açıqlamada deyilir ki, son günlər bir sıra kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 dərman vasitəsinin dövriyyəsinin qadağan edilməsi ilə bağlı informasiyalar yayılıb:

“Bununla bağlı bildiririk ki, Səhiyyə Nazirliyi tərəfindən dövriyyəsinə qadağa dərman vasitələrinin adlarına deyil, ancaq siyahıda göstərilən seriyalarına qoyulub. Siyahıda adları qeyd edilən dərman vasitələrinin digər seriyaları açıq satışda var və vətəndaşlar həmin preparatları rahat şəkildə apteklərdən alıb istifadə edə bilərlər.

Bir daha qeyd edirik ki, dövriyyəsinə qadağa siyahıda göstərilən dərman vasitələrinin adlarına deyil, onların siyahıdakı seriyalarına aiddir”.

Açar sözlər:

Oxunub: 1095