Dərmanların qiymətinə yenidən baxılacaq


23:30     19 Sentyabr 2016 derman1.jpg

Tarif Şurası və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə enib. Ümumilikdə isə ölkədə dərmanların 90 faizinin qiyməti düşüb.


Bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında məlumat verib. Bunun mütəmadi proses olduğunu deyən E.Ağayev bildirib ki, yeni qeydiyyatdan keçirilən dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək.

Dərman şirkətlərinin xarici valyuta ilə bağlı Azərbaycan hökumətinə ünvanladığı müraciətə toxunan nazir müavini deyib ki, bu məsələ artıq müsbət həllini tapıb. O, dərmanların qeydiyyatı və qiymətlərinin tənzimlənməsi qaydalarında müəyyən düzəlişlər ediləcəyini də söyləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1203