Dərmanların qiyməti bahalaşıb? - Tarif Şurasından açıqlama
16:13 17 Avqust 2016
Tarif (qiymət) Şurası dərman vasitələrinin qiymətlərinin bahalaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Femida.az xəbər verir ki, açıqlamada bildirilir ki, dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75 faizi) hazırda təsdiq edilmiş qiymətlərlə satışdadır.
Digər 2503 dərman vasitəsinin (25 faizinin) təsdiq edilmiş qiymətləri isə cari il sentyabrın 1-dən qüvvəyə minəcək. Sentyabrın 1-dən etibarən qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilməlidir.
Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiq edilərək qüvvəyə minmiş dərman vasitələrinin qiymətlərində Şuranın qərarı olmadan hər hansı bir dəyişiklik, o cümlədən dərman vasitələrinin qiymətlərinin bahalaşması mümkün deyil.
Qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmiş 9850 dərman vasitəsinin qiymətləri Şuranın rəsmi internet saytında yerləşdirilib.
Oxunub: 1396
Oxşar xəbərlər
- Dərmanların pulsuz paylanması qadağan edilir
- Dərmanların qiymətinə dair RƏSMİ AÇIQLAMA
- Dərmanların satışında YENİ QAYDALAR
- Dərmanların yeni qiyməti - SİYAHI
- Dərmanların qiymətinə yenidən baxılacaq
- Dərmanların qiyməti 3 dəfədən çox UCUZLAŞDI
- Dərmanların qiyməti endirilə bilər (VİDEO)
- Dərmanların qiyməti yenidən tənzimlənəcək
- Dərmanların satışına qadağa qoyulmayıb - RƏSMİ
- Dərmanların qiyməti 30 faiz bahalaşdı