“Taliban” aksiyaçılara atəş açıb, ölənlər var


13:16     19 Avqust 2021 21_08_19_1629364224.jpg

Əfqanıstanın Əsədabad şəhərində aksiyaçılara atəş açılıb.

Femida.az “Reuters”ə istinadən xəbər verir ki, ölkənin Kunar vilayətinin Əsədabad şəhərində Əfqanıstanın Müstəqillik Günü münasibətilə aksiya keçirilib.

Bildirilib ki, “Taliban” qruplaşmasının nümayəndələri dinc aksiyaçılara atəş açıb. İzdiham və atışma nəticəsində bir neçə aksiyaçı həyatını itirib.

Açar sözlər:

Oxunub: 980