“Taliban” Kabil aeroportuna gedən yolu bağlayıb


21:20     24 Avqust 2021

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması Həmid Karzay Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb.

Femida.az xəbər verir ki, bu barədə Kabildə keçirilən mətbuat konfransında “Taliban”ın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.

“Biz aeroporta gedən yolu bağlamışıq və oraya yalnız xarici ölkələrin vətəndaşlarını buraxırıq”, - o qeyd edib.

Z.Mücahidin sözlərinə görə, avqustun 31-dən sonra təxliyə işləri qadağan ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1068