“Taliban” qadınlarla bağlı yeni qadağalar qoyub


16:36     02 Yanvar 2022 22_01_02_1641123421.jpg

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı avtobus sürücülərinə namaz vaxtı işlərini dayandırmağı, qadınlara hicabsız səyahət etməməyi tövsiyə edib.

Bu barədə Femida.az "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edilir ki, qadınlar ictimai nəqliyyatda hicabsız səyahət edə bilməzlər və qohumlarının müşayiəti olmadan 78 kilometrdən çox məsafə qət edə bilməzlər.

Bundan əvvəl “Kabul News” telekanalı məlumat vermişdi ki, “Taliban” hərəkatı avtomobillərdə musiqiyə qulaq asmağı və qadınların nəqliyyat vasitələrində hicabsız getməyi qadağan edib.

Açar sözlər:

Oxunub: 613