Həmsədrlər prezidentləri yenidən görüşdürmək istəyir
21:44 05 Yanvar 2016
Birillik fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü olduqca vacib idi.
Femida.az xəbər verir ki, bunu Trend-ə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik deyib.
Onun sözlərinə görə, sıçrayışa nail olunmasa da, həmsədrlər cari ildə də prezidentlərin görüşünü təşkil etməyə çalışacaqlar: "Tərəflər baş tutmuş görüşdə təmas xəttində atəşkəs rejiminin pozulması daxil olmaqla bir sıra məsələləri, eləcə də münaqişənin nizamlanması ilə bağlı təklifi müzakirə ediblər. Həmsədrlər iki ölkənin xarici işlər nazirləri ilə münaqişənin nizamlanmasına dair sazişin əldə edilməsi, zorakılığın yaranması risklərinin azaldılması tədbirləri və Dağlıq Qarabağın icmaları arasında dialoqun gələcək inkişaf proqramı üzrə işi davam etdirəcəklər".
Diplomat qeyd edib ki, ABŞ-ın münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və Birləşmiş Ştatlar Minsk qrupu həmsədrlərinin münaqişənin davamlı həlli yollarının axtarışı üzrə səylərini dəstəkləyir: "Biz tərəflərə qarşıdakı sammitə konstruktiv yanaşmağı və münaqişənin tənzimlənməsində tərəqqinin əldə olunması imkanından istifadə etməyi təklif edirik".
Xatırladaq ki, 2015-ci il dekabrın 19-da Berndə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü keçirilib. Görüşdə iki ölkənin xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.
Oxunub: 833
Oxşar xəbərlər
- Həmsədrlərdən XİN rəhbərlərinin görüşü ilə bağlı BƏYANAT
- Həmsədrlərin bölgəyə səfəri gözlənilir
- Həmsədrlər İlham Əliyevin qəbulunda - YENİLƏNİB
- Həmsədrlər İrəvandan sonra Bakıya gəldi
- Həmsədrlər Bakıya oktyabrın 7-də gələcəklər
- Həmsədrlərin regiona səfəri başlayır
- Həmsədrlər prezidentləri görüşdürmək üçün İrəvana gedir
- Həmsədrlər regiona səfər edəcək
- Həmsədrlər nazirlərin görüşü ilə bağlı bəyanat yaydı
- Həmsədrlər bundan nəticə çıxarmalıdır - XİN