Avtobus qəzası ilə bağlı cinayət işi başlandı - Sürücü saxlanıldı


23:10     07 Aprel 2015 bus_crash_211_180413_16.jpg

Bakıda avtobus sürücüsü yol qəzası törətdiyinə görə tutulub.



Femida.az Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı birgə məlumata əsasən xəbər verir ki, aprelin 6-da saat 16 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Daewoo” markalı "10-TG-188" dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cahid Babayevin idarəetməni itirərək yol kənarında dayanmış Zakir Mirzəyevin idarə etdiyi “Mersedes-Benz” markalı "10-UP-246" dövlət qeydiyyat nişanlı, Polad Nuriyevin idarə etdiyi “Daewoo” markalı "10-TF-967" dövlət qeydiyyat nişanlı avtobusları və Yunis Kazımovun idarə etdiyi “Opel Vectra” markalı "99-FK-907" dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində P.Nuriyevin aldığı xəsarətlərdən xəstəxanada ölməsi, Z.Mirzəyevin, habelə avtobusda olan sərnişinlərin xəsarət almaları faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Aparılan istintaq zamanı qeyd olunan yol-nəqliyyat hadisəsinin C.Babayev tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Femida.az 

Açar sözlər:

Oxunub: 938