Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb


10:59     22 Dekabr 2021 21_12_22_1640154818.jpg

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 21-də Sabirabad rayonu ərazisində Saatlı rayon sakini Səxavət Şükürovun idarə etdiyi “VAZ-2107” və Göyçay rayon sakini Vüsal Malışovun idarə etdiyi “Mercedes” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb.

DİN-dən Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib.

İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub. Sabirabad rayon məhkəməsinin qərarları ilə S.Şükürov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, V.Malışov isə 400 manat məbləğdə cərimələnib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

Açar sözlər:

Oxunub: 548