Kiyevdə ərzaq mağazalarında uzun növbələr yaranıb, banklar bağlanıb


12:47     24 Fevral 2022 22_02_24_1645691241.jpg

Ukraynanın paytaxtı Kiyevdə hazırda restoranlar, banklar, valyutadəyişmə məntəqələri bağlıdır.

“Report”un Şərqi Avropa bürosunun əməkdaşının Kiyevdən verdiyi məlumata görə, hazırda ərzaq mağazalarında uzun növbələr yaranıb.

Növbələrin yaranmasının səbəbi kimi mümkün təxribatların qarşısının alınması üçün kütləvi halda insanların mağazalara buraxılmaması göstərilir.

Ərzaq qıtlığı hələlik müşahidə olunmur. Apteklərin də əksəriyyəti hazırda bağlıdır.

Açar sözlər:

Oxunub: 449