Kiyevdə Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib


19:44     24 Mart 2022 22_03_24_1648133100.jpg

Ukraynanın paytaxtı Kiyev şəhərində Rusiyanın daha bir diversiya qrupu zərərsizləşdirilib.

Şəhər Hərbi Komendantlığından verilən məlumata görə, son 3 sutka ərzində paytaxtda 150-dən çox diversant məhv olunub.

Daha 50 təxribatçı isə aşkar edilərək saxlanılıb. Məlumata görə, onlar daha çox şəhəri artileriya zərbələrinə məruz qoymağa çalışır, blok-postlara hücum təşkil edirlər.

Qeyd edək ki, Kiyevdə diversiya qruplarına qarşı xüsusi əməliyyatlara görə mütəmadi şəkildə gücləndirilmiş komendant saatları da elan olunur.

Açar sözlər:

Oxunub: 304