Kiyevdə bazar ertəsinə qədər komendant saatı tətbiq ediləcək


16:13     26 Mart 2022 22_03_26_1648295801.jpg

Ukraynanın Kiyev şəhərində və eyniadlı vilayətdə bu gündən etibarən komendant saatı tətbiq ediləcək.

Femida.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko özünün teleqram kanalında məlumat verib.

“Hərbi komandanlığın qərarı ilə Kiyev şəhərində və Kiyev vilayətində komendant saatı yenidən gücləndiriləcək. Komendant saatı bu gün axşam saat 20:00-dan bazar ertəsi - martın 28-i səhər saat 07:00-a qədər davam edəcək. Komendant saatı zamanı yalnız xüsusi buraxılışı olan avtomobillər şəhərdə hərəkət edə bilər. Kiyevlilər yalnız həyəcan siqnalı ilə sığınacağa getmək üçün bayıra çıxa bilərlər. İctimai nəqliyyat, mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri işləməyəcək”, - Kliçko bildirib.

Açar sözlər:

Oxunub: 239