Kiyevdə teleqüllə vurulub, ölənlər və yaralananlar var


21:10     01 Mart 2022 22_03_01_1646154638.jpg

Kiyev teleqülləsinin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin feysbuk səhifəsində bildirilir.

İlkin məlumatlara görə, Kiyev teleqülləsinə iki raket düşüb. Teleqülləni elektrik enerjisi ilə qidalandıran transformator yarımstansiyası, eləcə də idarəetmə otağı zədələnib.

Açar sözlər:

Oxunub: 429