Rusiyada beş nəfər avtomobildə yanaraq ölüb


11:18     26 İyun 2022 22_06_26_1656227942.jpg

Rusiyanın Samara vilayətinin Kamışla kəndində 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Femida.az “İnterfax”a istinadən xəbər verir ki, “Opel” markalı minik avtomobili xəndəyə girərək tövləyə çırpılıb. Nəticədə avtomobil yanıb.

Sürücü və 4 sərnişin hadisə yerində ölüb. Qəza zamanı avtomobilin sürücüsü sərxoş vəziyyətdə olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 395