Rusiyada 82 nəfər kəskin bağırsaq infeksiyasına yoluxub


10:30     17 İyul 2022 22_07_17_1658038067.jpg

Rusiyanın Tambov vilayətində 82 nəfər kəskin bağırsaq infeksiyası sayılan salmonellyoz xəstəliyinə yoluxub.

Femida.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor" məlumat yayıb.

Belə ki, vilayətin Rasskazovo şəhərindəki kafelərdən birinə baş çəkdikdən sonra sanitar həkimlər bu xətəliyə yoluxmuş 82 nəfəri müəyyən ediblər.

Xəstəliyə yoluxanlardan 35-i Rasskazovo şəhər 4 saylı orta məktəbin məzunları olub. Xəstəlik əsasən orta və yüngül formada keçib. 46 nəfər Rasskazovo Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Məhkəmənin qərarı ilə kafenin fəaliyyəti 30 gün müddətinə dayandırılıb, sahibi isə iaşə ilə bağlı sanitar-epidemioloji tələbləri pozmaqda təqsirli bilinir.

Açar sözlər:

Oxunub: 471