Türkiyədə anti-terror əməliyyatı: 10 İŞİD üzvü tutuldu


23:18     22 Yanvar 2016 s-a26e5647f51868b8cc74ffd3e4b1707bff2ab58d.jpg

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK terrorçularına qarşı keçirilən əməliyyatla bağlı məlumat yayıb.


“Anadolu” agentliyinin yaydığı məlumata görə, dünən Cizrədə 21, Surda 4, Van vilayətində 1 nəfər olmaqla 26 silahlı zərərsizləşdirilib.

Axtarış zamanı separatçılara məxsus sığınacaqlardan 9 ədəd kustar üsulla hazırlanmış əl bombası, 3 Kalaşnikov avtomatı, 12 daraq, 168 fişəng, 4 ov tüfəngi, 2 tapança və 2 radio aşkar edilib.

Baş Qərargahın yaydığı digər məlumata əsasən, Kilis vilayətində Suriyadan Türkiyəyə qeyri-qanuni yolla keçməyə cəhd edən 10 İŞİD üzvü tutulub. Terrorçuların yanında 14 azyaşlı olub.

Açar sözlər:

Oxunub: 1099