Xaçmazda dəhşətli qəza: ölənlər var


12:50     18 Fevral 2016 1d52141e834af1546c02c5dc6851b13b6.jpg

Ötən gün axşam saatlarında Gəndov-Yalama yolunun 31-ci km-də, magistralın Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Xudat şəhər sakini Nüsrətov Ruslan Xanəhməd oğlunun idarə etdiyi 10 GD 313 dövlət nömrə nişanlı KİA markalı avtomobil qarşıdan gələn 1985-ci il təvəllüdlü Xaçmaz rayonunun Şərif-oba kənd sakini Zeynalov Şıxbala İslam oğlunun idarə etdiyi 27 BF 054 nömrə nişanlı VAZ 2106 markalı nəqliyyat vasitəsilə toqquşub.

Toqquşmadan sonra idarəetmədən çıxan VAZ 2106 markalı avtomobil qarşı zolaqda hərəkət edən 1992-ci il təvəllüdlü Xaçmaz rayon sakini Şükürov Rövşən Şahbala oğlunun idarə etdiyi 27 BN 917 dövlət nömrə nişanlı VAZ 21093 markalı nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə VAZ 2106 maşınının sürücü Şıxbala Zeynalov və sərnişini 1989-cu il təvəllüdlü Xaçmaz rayon sakini Cavadov Elvin Elsevər oğlu dünyasını dəyişib. Hadisə zamanı Xaçmaz rayon sakinləri 1988-ci il təvəllüdlü Orucov Vüsal Məhəmməd oğlu, 1988-ci il təvəllüdlü Nüsrətov Ruslan Xanəhməd oğlu, 1993-cü il təvəllüdlü Zamanov Nadir Allahverdi oğlu, 1992-ci il təvəllüdlü Əhədov Rəhman Azad oğlu və 1992-ci il təvəllüdlü Əsgərov Ehtiram Etibar oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir./apa/

Açar sözlər:

Oxunub: 1111