Gürcü nazir Bakıya hansı təkliflə gəlir?
20:42 25 Fevral 2016
“Qazprom”la danışıqlar razılıq əldə olunana qədər davam edəcək.
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Energetika nazirinin müavini Mariam Valişvili söyləyib. Onun sözlərinə görə, tərəflər arasında danışıqlar əsasən tranzit xidmətlərinin hansı forma və həcmlə kompensasiya edilməsi ilə bağlı olacaq:
“Biz prinsipcə pul kompensasiyasına keçidin əleyhinə deyilik. Burada əsas məsələ ödəniləcək dəyərin nə qədər olması olacaq. Razılaşma şərtləri daxilində Azərbaycanla da iş aparılır. Burada daha çox qiymət siyasətinə, müəyyən edilmiş həcmə, həmçinin texniki detallara yenidən baxılmalıdır. 29 fevral tarixindən Cənub Qaz Dəhlizi ölkələrinin energetika nazirlərinin iclası planlaşdırılır. Ümid edirik ki, burada Azərbaycan və Gürcüstan arasında işimizi davam etdirmək prinsiplərimizlə bağlı razılaşama olacaq”.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi (SGC) ölkələrinin energetika nazirlərinin Məşvərət Şurasının ikinci toplantısı fevralın 29-da Bakıda keçiriləcək.
Oxunub: 1140
Oxşar xəbərlər
- Gürcüstandan maşın gətirənlər DİQQƏT: “Prikidka” qadağan olundu
- Gürcüstanda Qarabağ şəhidi anılıb
- Gürcüstan prezidenti İlham Əliyevə məktub göndərib
- Gürcüstan azərbaycanlılarının ombudsmana şikayətləri artıb
- Gürcüstanda zəlzələ olub
- Gürcüstanda Ermənistan vətəndaşları saxlanıldı
- Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb
- Gürcüstana gedənlərin sayında ciddi artım - STATİSTİKA
- Gürcüstanda azərbaycanlı cinayətkar dəstə üzvləri tutulub
- Gürcüstan Müsəlmanları İdarəsi illik hesabat verib