Bəzi məktəblər birləşdiriləcək


22:41     28 Fevral 2016 mekteb_0125.jpg

Bakıda bəzi ümumtəhsil məktəbləri birləşdiriləcək.


Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva məlumat verib. Onun sözlərinə görə, bu yolla şagird kontingenti baxımından korluq çəkən məktəblərin problemi aradan qaldırılacaq.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri deyir ki, rasionallaşdırılan bəzi məktəblərin yerində lisey-gimnaziyalar yaradılacaq. Onun sözlərinə görə, dağlıq zonalarda da rasionallaşdırmaya ehtiyac var.

Məhəbbət Vəliyeva bir müddətdir yuxarı sinif şagirdlərindən şəxsiyyət vəsiqəsi tələb olunması məsələsinə də münasibət bildirib.

Şəxsiyyət vəsiqəsini təqdim edən IX və XI sinif şagirdləri üçün elektron fərdi məlumat bazası yaradılır. Bu bazaya şagirdin məkətəbəqədər təhsildən tutmuş, ailə vəziyyətinə qədər bütün məlumatlar yerləşdirilir. "Şagird-Məzun" sisteminin həyata keçirilməsi üçün bu, vacib hesab olunur. (baku.ws)

Açar sözlər:

Oxunub: 1108