Vaqif Sadıqov etimadnaməsini təqdim edib


15:51     05 Mart 2016 sadiqov.jpg

Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov etimadnaməsini BMT-nin Cenevrə bölməsinin baş direktoru Maykl Möllerə təqdim edib.


Daimi Nümayəndəlikdən verilən məlumata görə, görüşdə V.Sadıqov bildirib ki, BMT-nin Cenevrə bölməsinin ixtisaslaşdığı sahələr – insan hüquqlarının müdafiəsi, humanitar məsələlər və fövqaladə yardım, çoxtərəfli iqtisadi-ticarət əlaqələri və beynəlxalq təhlukəsizlik problemləri Azərbaycanın uğurla həyata keçirdiyi daxili və xarici siyasətinin vacib tərkib elementlərini təşkil edir. O, bir sıra vacib sahələrdə, xüsusilə dözümlülük, multikulturalizm, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulayıb.

Ermənistanın Azərbaycana qarşı davam edən işğalından söz açan səfir BMT-nin hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını vurğulayıb, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə istinad edərək, BMT-nin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində M. Möller bildirib ki, BMT-nin Cenevrə bölməsi BMT çərçivəsində qəbul olunmuş Davamlı İnkişaf Məqsədləri proqramının həyata keçirilməsi prosesində mühüm rol oynayacaq və üzv olkələrlə birgə işləməyə hazırdır. Beynəlxalq təhlükəsizlik məsələlərinə toxunan baş direktor qeyd edib ki, bu məsələlərin yeni inkişaf səviyyəsinə qaldırılması böyük əhəmiyyət kəsb edir və bütün olkələrin səylərinin səfərbər olunmasini tələb edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1280