Vaqif Mustafayevə 2000 manat mükafat verildi


18:22     31 İyul 2017 vaqif%20musta.jpg

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2 Avqust Milli Kino Günü ilə bağlı olaraq özünün ən böyük mükafatı, "Milli Kino Mükafatını" təqdim edib.


Femida.az bildirir ki, ittifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin saytımıza verdiyi məlumata görə 2 Avqust Milli Kino Günü ilə bağlı olaraq, Azərbaycan kinosuna verdiyi tövhələrə görə xalq artisti, məşhur kinorejissor Vaqif Behbud oğlu Mustafayev qrumun ən böyük mükafatı olan "Milli Kino Mükafatına" (mükafatı 2000 manat) layiq görülüb.

Qeyd edək ki, Vaqif Mustafayevə təqdim edilən "Milli Kino Mükafatı" 2 Avqust Milli Kino Günü ilə bağlı olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Nizami Kino
Mərkəzində keçiriləcək təntənəli tədbirində təqdim ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1275