Vaqif Şıxəliyev məhkəmədə uduzdu - 345 min ödəməlidir


00:04     09 Mart 2016 ticaret6.jpg

Martın 7-də Binəqədi rayon Məhkəməsində “Təzə bazar MMC”-nin direktoru Məmmədağa İbrahimovun Vaqif Şıxaliyevə (“Bakı Mərkəzi Bazarı MMC”nin direktoru) qarşı qaldırdığı iddiaya baxılıb.


Məhkəmədən verilən məlumata görə, hakim Abbas Rzayevin sədrlik etdiyi prosesdə Məmmədağa İbrahimovun iddiası təmin olunaraq cavabdeh Vaqif Şıxəliyevin “Təzəbazar MMC”nin direktoru M.İbrahimova 345 min manat ödəməli olduğuna dair qərar çıxarıb.

Xatıladaq ki, “Təzə bazar”ın bərabər şəkildə bölünməsi ilə əlaqədar barışıq sazişi imzlanarkən həmin tarixdə tərəflər arasında natarial qaydada borc müqaviləsi də bağlnmışdı. Həmin borc müqaviləsinə əsasən V.Şıxəliyev M.İbrahimova 360 min manat ödəməyi öhdəsinə götürmüşdü. Lakin o, qarşı tərəfə 15 min manat ödəmiş, borcun yerdə qalan hissəsini isə ödəməmişdir. Bu səbəbdən də Məmmədağa İbrahimov məhk`məyə müraciət etmişdi. /Azərfaks/

Açar sözlər:

Oxunub: 1832