Borca görə mağazadan çıxanda arxadan güllələdi


02:14     08 Mart 2016 borc1.jpg

Yevlaxda 75 yaşlı kişi güllələnib.

Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Xaldan qəsəbəsində qeydə alınıb.

İnsident qəsəbənin mərkəzi küçəsində fəaliyyət göstərən ət mağazasında qeydə alınıb. 1982-ci il təvəllüdlü Musa Rzayev həmyerlisi, 1941-ci il təvəllüdlü Adil Rüstəmovla borc üstündə mübahisə edib. O, mübahisədən sonra mağazanı tərk edən A. Rüstəmovu arxadan ov tüfəngi ilə güllələyib.

Kürək nahiyəsindən aldığı yaradan A. Rüstəmov hadisə yerində dünyasını dəyişib. M. Rzayev hadisəni törətdikdən sonra hüquq mühafizəçilərinə təslim olub.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, bu gün daha bir bənzər hadisə baş verib. Bakının mərkəzində çay evinin sahibi, Ağsu rayon sakini Murad Aqil oğlu Qubadov borc verdiyi şəxs tərəfindən güllələnib.

Açar sözlər:

Oxunub: 1029