Borca görə dostunu güllələyən şəxs hökmdən şikayət edib


20:19     09 Sentyabr 2017 mehkeme%20(1)4.jpg

Bakıda ölümə cəhddə təqsirləndirilən Yan Tahiroviç Raznobarskinin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.



Femida.az -ın xəbərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baxılacaq.

Məhkəmənin ilkin baxış iclası sentyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs tanışı Murad Səyidovun aralarında yaranan münaqişə zəmİnində sonuncunu güllələyib. Xəstəxanaya yerləşdirilən M. Səyidovun həyatını xilas etmək mümkün olub. Hadisənin borc üstündə baş verdiyi bildirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y. Raznobarski 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 656