Borca görə özünü asdı - Göyçayda faciə


21:54     23 Mart 2016 1453537336_as1.jpg

Göyçay rayonunda intihar hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə rayonun Ərəb kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Zülfüqarov Ariz İsrayıl oğlu həyətindəki meyvə ağacından özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, tam məlum deyil. Ehtimala görə, iki övladı olan Ariz Zülfüqarov ayrı-ayrı şəxslərə və banka pul borcu olduğu üçün özünü asıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 766