Borca görə adam oğurlandı – BAKIDA FİLM KİMİ HADİSƏ
15:48 03 Mart 2017
Bakıda adam oğurluğu ilə məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
35-ci Polis Bölməsi əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin gün Ağakərim Səmədzadənin qardaşı Fərid və tanışı Ziya Sultanovla birgə S. Abbasovu "Opel" markalı avtomobilə oturdaraq rayon ərazisində kirayəyə götürdükləri evə aparıb orada saxlamaları müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Z. Sultanov, A. Səmədzadə və qardaşı Fərid tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.
Femida.az
Oxunub: 1629
Oxşar xəbərlər
- Borca görə dostunu güllələyən şəxs hökmdən şikayət edib
- Borca görə kişini soyundurub döydülər - Video ilə bağlı açıqlama
- Borca görə şəxsiyyət vəsiqəniz girov saxlanıla bilməz – Hüquqi yardım
- Borca düşən biznesmen özün asdı
- Borca görə özünü asdı - Göyçayda faciə
- Borca görə mağazadan çıxanda arxadan güllələdi
- Borca görə baş kəsənlərə 35 il həbs - MƏHKƏMƏDƏN
- Borçalıda bir gündə 40 ev yandı
- Borca görə özünü asdı