Türkiyədə seçkinin ilkin nəticələri açıqlandı


04:16     08 İyun 2015 turkiyesecki.jpg

Türkiyədə keçilən parlament seçkilərinin ilkin nəticələri məlum olub.

Femida.az xəbər verir ki, artıq səslərin 84,9 faizi hesablanıb. İlkin məlumata əsasən Türkiyənin Ədalət və İnkişaf Partiyası 41.9% səs yığıb. Səsvermədə Respublika Xalq Partiyası (CHP) 25.1% səs yığıb, Milliyətçi Hərəkat Partiyası (MHP) - 16.8%, Xalqların Demokratik Partiyası (HDP) isə 11.7% səs toplayıb. Qalan siyasi partiyalar ümumilikdə 4.5% səs yığıb.

Seçkilərin nəticələri parlamentdə təmsilçilik hüququ qazanan dörd partiyadan heç birinin təkbaşına hökumət qurmaq şansının olmadığını göstərir. Bu baxımdan Türkiyədə yeni hökumətin koalision əsaslarda qurulacağı qaçılmazdır.

Əgər müxalif Xalqların Demokratik Partiyası (HDP) parlamentə keçə bilsə, AKP koalisiya hökuməti yaratmalıdır. Bununla belə, HDP istisna olmaqla bütün siyasi partiyalar AKP ilə koalisiya hökumətinin yaradılmasının əleyhinədir.

AKP-nin daxili nizamnaməsinə əsasən, partiya seçkilərdə qalib gələrsə, hakim partiyanın indiki deputatlarının 70-dən çoxu yeni hökumətin tərkibinə daxil ola bilməz. AKP-nin daxili nizamnaməsinə görə, partiya deputatlarının parlamentə 3 müddətdən artıq seçilmək hüququ yoxdur.

Həmin deputatlar arasında Baş nazirin müavinləri Bülənt Arınç, Bəşir Atalay və Əli Babacan, sabiq ədliyyə naziri Bəkir Bozdağ, partiya sədrinin müavini Hüseyn Çelik, energetika və təbii sərvətlər naziri Taner Yıldız, xarici işlər naziri Mövlud Çavuşoğlu var.

Qeyd edək ki, bu gün keçirilən parlament seçkilərində 54 milyondan artıq səsvermə hüququ olan seçicilərin 85,2 faizi bu hüququndan istifadə edib.

Açar sözlər:

Oxunub: 809