DSMF sədri yeni detalları açıqladı


22:29     15 Mart 2016 dsmf%20detallar.jpg

"Bu gün ölkədə əsas problem iş yerlərinin təkcə qeydiyyatı deyil, bu yerlərdə qeydiyyata alınmış insanlara verilən əmək haqlarının tam qeydiyyatı (leqallaşdırılması) məsələsidir".


Femida.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, təcrübə göstərir ki, bir sıra hallarda iş yerləri qeydiyyata alınsa da, ödənilən əmək haqlarının rəsmiləşdirilməsi səviyəsinin aşağı olması burada səmərə əldə etməyə imkan vermir: "Bu nöqteyi nəzərdən əsas məqsəd iş yerlərinin qeydiyyatını gücləndirməklə yanaşı, ödənən əmək haqlarının da tam uçotu məsələsinə nail olmaqdır. Bu daha çox işəgötürənlə işçi arasında olan münasibətə bağlıdır və dövlətin bu məsələyə müdaxilə imkanları kifayət qədər məhduddur. Fərdi uçot sistemi vasitəsilə problem həll olunur. DSMF ödənən sosial sığorta haqlarının fərdi uçotda qeydiyyata almaqla yanaşı, hər bir sığorta olunanın da özünün sosial sığorta kapitalı barədə məlumatlandırılması işini aparır. Təyin olunan pensiyalar ödənən kapitallara bağlıdır. Sistemin daha da dərinləşdirilməsi məqsədi ilə yeni hazırlanan Pensiya İslahatı Konsepsiyasında müəyyən təkliflər var. İlk növbədə yeni pensiya alqoritmini təqdim etmək istəyirik".

Fond sədri söyləyib ki, bu gün yuxarı sosial sığorta haqqı ödəyən insanlarla aşağı sosial sığorta haqqı ödəyən insanların sosial təminatı məsələsində bir sıra uyğunsuzluqlar var: "Yəni onların hər biri bərabər məbləğlərlə baza hissəsi alırlar. Ödənən sosial sığorta haqlarında yalnız 50 faizlik hissəsi fərdi hesablarda qeydiyyata alınır. Məhz bu məsələ problem kimi ortadadır. Çünki yuxarı sosial sığorta haqqı ödəməkdə insanlar maraqsız görünürlər. Səbəb isə sosial nəticəni tam əldə edə bilməmələridir. İslahat Konsepsiayasında əsas hədəfimiz bu uyğunsuzluğu aradan qaldırmaqdır. Yeni pensiya formulu ödənən sosial sığorta haqlarına adekvat şəkildə pensiya alınmasını təmin edir. Bu o deməkdir ki, bəlli minimum pensiya göstəricisi tətbiq olunacaq. Yuxarı haqq ödəyənlərdə staj nəzərə alınmayacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1134