DSMF Sağlamlıq Mərkəzini məhkəməyə verdi


20:45     21 May 2016 dsmf.PNG

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş Departamenti “Naftalan Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.


Femida.azın məlumatına görə, DSMF-nin departamenti borcun tutulması barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1513