“Bu, Türkiyəni yolundan döndərə bilməz” - İlham Əliyev


20:33     15 Mart 2016 7l.jpg

“Türkiyəyə qarşı olan hücumun heç bir təsiri olmayacaq”.


Femida.az xəbər verir ki, bu barədə Ankarada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla birgə mətbuat konfransında çıxışı zamanı bildirib.

Prezident İlham Əliyev Ankaradakı terror aktına görə Azərbaycan xalqı və dövləti adından türk xalqına başsağlığı verib.

“Allah rəhmət etsin, doğmalarına səbir versin. Biz bu terroru şiddətlə qınayırıq. Türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir. Yaxşı gündə də, pis gündə də bir-birimizin yanındayıq. Türkiyəyə qarşı edilən hücumun heç bir təsiri olmayacaq. Bu Türkiyəni yolundan döndərə bilməz”, - deyə Azərbaycan lideri vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Türkiyə dostluğun, qardaşlığın möhşətəm binasını inşa edəcək.

Açar sözlər:

Oxunub: 2572