“Bu, böyük qələbədir” - Rövnəq Abdullayev


13:03     13 Aprel 2016 rovneq02.jpg

“Tarixdə ilk dəfədir ki, Azərbaycan millisi dünya çempionatında çıxış edəcək”.


Femida.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Dünya çempionatına vəsiqə uğrunda pley-of cavab qarşılaşmasında öz meydanında Hollandiya ilə 4:4 hesablı bərabərliyə razılaşan futzal üzrə milli komandamız ilk oyunda əldə olunmuş 5:1 hesablı qələbə sayəsində mundiala getməyə haqq qazanıb.

Matçdan sonra Rövnəq Abdullayev fikirlərini bölüşüb: “Düşünürəm ki, bu, böyük qələbədir. Millimizin bu uğuru ölkəmizdə futzalın inkişafına təkan verəcək. Uğurlarımız davamlı olsun”.

Açar sözlər:

Oxunub: 907