Almaniya Türkiyədəki səfirliyini bağladı


17:42     17 Mart 2016 alman%20sefirli6.jpg

Almaniyanın Türkiyədəki səfirliyi təhlükəsizlik səbəbilə bu gün fəaliyyətini dayandırıb.


Femida.az-ın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, İstanbuldakı Almaniya Konsulluğu da eyni səbəblə bu gün bağlanıb.

Xəbər verdyimiz kimi, İstanbuldakı alman liseyi də bu günü qeyri-dərs günü elan edib.

Bundan əvvəl Almaniyanın Türkiyədəki səfirliyi Ankarada martın 13-də törədilmiş terror aktı ilə əlaqədar ölkə vətəndaşlarına xəbərdarlıq edib və onları Türkiyəni tərk etməyə çağırıb.

Açar sözlər:

Oxunub: 1473