Türkiyədə hökumət binası yaxınlığında bomba həyəcanı


16:33     18 Mart 2016 diyarbakir-da-bomba-yuklu-arac-yakalandi-8270985_8397_m.jpg

Türkiyənin Diyarbəkir vilayətində hökumət evinin yaxınlığında park edilən bomba yüklü avtomobil zərərsizləşdirilib.


Femida.az xəbər verir ki, Diyarbəkir vilayətinin Hani rayonunda polis dünən axşam hökumət evi yaxınlığında dayanmış bir şübhəli avtomobilin olduğunu aşkarlayıb.

Dərhal əraziyə çağırılan bomba mütəxəssisləri avtomobildə bomba yerləşdirildiyini aşkarlayaraq həmin bombanı zərərsizləşdirməyə müvəffəq olublar.

Avtomobil araşdırma aparılmaq üçün polis tərəfindən hadisə yerindən götürülüb.

Əldə olunan məlumata görə bomba yüklü avtomobilin olduğu yer, 18 mart Şəhidləri Anma Günü mərasimlərinin keçiriləcəyi sahənin 50 metrliyində olub.

Açar sözlər:

Oxunub: 1066